Kanada ABŞ-ın texnologiya şirkətlərinə tətbiq etdiyi vergini artırıb.
Banco.az xəbər verir ki, Kanada Maliyyə Nazirliyi bu addımın ABŞ-la ticarət danışıqlarını inkişaf etdirmək üçün atıldığını bəyan edib.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın ticarət danışıqlarını bitirməsindən bir neçə gün sonra verilib.
Kanada Maliyyə Nazirliyinin bəyanatına görə, Kanadanın Baş naziri Mark Karni və Tramp 21 iyul 2025-ci ilə qədər razılığa gəlmək məqsədi ilə ticarət danışıqlarını bərpa edəcəklər.
Tramp cümə günü ABŞ texnologiya şirkətlərini hədəf alan tariflərlə bağlı Kanada ilə ticarət danışıqlarını qəfil dayandırdı və bunu “açıq-aşkar hücum” adlandırdı. O, həmçinin gələn həftə Kanada mallarına yeni tariflər tətbiq edəcəyini açıqlayıb.