Bakı Fond Birjası (BFB) iyul ayı üçün brokerlərin renkinqi cədvəlini açıqlayıb.
BFB-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə cədvələ “İnvest-AZ” MMC başçılıq edir. Onun göstərdiyi xidmətlər 982 milyon manatdan çoxdur.
Brokerlərin renkinqi cədvəlində sonrakı iki yeri “PSG-Broker” və “Brokdil-Az” MMC tutur.
AzərTAc