İtaliyanın ÜDM-i 2024-cü ildə 0,7% artıb | Banco.az

İtaliyanın ÜDM-i 2024-cü ildə 0,7% artıb

Müəllif - Fərid İslamov - Banco.az
İtaliya iqtisadiyyatı 2024-cü ildə 0,7% artım göstərib, bu barədə ölkənin milli statistika agentliyi Istat məlumat verib.  

Bu, hökumətin 1% artım proqnozundan zəif nəticədir.  

2024-cü ildə istehlak xərcləri 0,4%, dövlət xərcləri isə 1,1% artıb. Əsas fondlara investisiyalar 0,5% yüksəlib. İxrac 0,4% artmış, idxal isə 0,7% azalmışdır.  

2023-cü ildə ölkənin ÜDM-i də 0,7% artmışdı, baxmayaraq ki, həmin il iş günlərinin sayı dörd gün az idi.  

Bu il üçün rəsmi iqtisadi artım proqnozu 1,2% təşkil edir, lakin yerli KİV-lərin yazdığına görə, müstəqil ekspertlərin əksəriyyəti bu rəqəmi real hesab etmir. Analitiklər orta hesabla 2025-ci ildə artım tempinin üçüncü il ardıcıl olaraq 0,7% olacağı gözləntisindədirlər.  

İtaliyanın büdcə kəsiri 2024-cü ildə ÜDM-in 3,4%-nə enib ki, bu da əvvəlki ilin 7,2%-lik göstəricisindən xeyli aşağıdır. Bu nəticə hökumətin 3,8% ÜDM hədəfindən də yaxşıdır.  

Keçən il ölkənin borc həcmi ÜDM-in 135,3%-ni təşkil edib, bu da 2023-cü ildəki 134,6%-lik səviyyədən bir qədər yüksəkdir.