Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında İsveçrənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 283 milyon 982 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 236 milyon 331 min dollar çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 47 milyon 651 min dollar təşkil edirdi.
İlk 9 ayda Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda İsveçrənin payı 6%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
