Azərbaycan meyvə-tərəvəz idxalına 160 mln. dollar xərc çəkib | Banco.az

Azərbaycan meyvə-tərəvəz idxalına 160 mln. dollar xərc çəkib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-may aylarında 160 milyon 449 min dollar dəyərində 190 min 772 ton meyvə-tərəvəz idxal edib. 

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən meyvə-tərəvəzin dəyəri 3% (4 milyon 898 min dollar), miqdarı isə 16,5% (37 min 747 ton) azalıb.

2025-ci ilin eyni dövründə Azərbaycandan 165 milyon 348 min dollar dəyərində 228 min 518 ton meyvə-tərəvəz idxal edilib. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi idxalda xüsusi çəkisi 2,4%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram