İsveçrə Mərkəzi Bankı uçot dərəcəsini sıfıra endirib | Banco.az

İsveçrə Mərkəzi Bankı uçot dərəcəsini sıfıra endirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə Milli Bankı uçot dərəcəsini 25 baza bəndi azaldıb sıfıra endirib.

Banco.az xəbər verir ki, İsveçrə Mərkəzi Bankı investorları İsveçrə frankının güclənməsinə səbəb olan hərəkətlərdən uzaqlaşdırmaq məqsədilə faiz dərəcəsini sıfıra endirib.

Bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 0 faiz səviyyəsinə çəkib. Bununla da, Mərkəzi Bank ardıcıl altıncı faiz endirimi qərarını vermiş olub.

Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntiləri də bu istiqamətdə idi.

İsveçrə Mərkəzi Bankının qərar mətnində qeyd olunur:

“Bugünkü monetar siyasətin yumşaldılması ilə SNB (İsveçrə Milli Bankı) aşağı inflyasiya təzyiqlərinə qarşı addım atdı. SNB vəziyyəti diqqətlə izləməyə davam edəcək və lazım gəldikdə monetar siyasətə düzəliş edəcək. Bank zərurət yaranarsa valyuta bazarında aktiv olmağa hazırdır.”

Bu faiz endirimi ABŞ Prezidenti Donald Trampın qlobal ticarətə vurduğu zərbənin İsveçrə iqtisadiyyatına necə təsir etdiyini ön plana çıxarır. Bankın prezidenti Martin Schlegel və onun həmkarları mart ayında verdikləri açıqlamalarda siyasətin yumşaldılmasının artıq sona çatdığını bildirmişdilər. Lakin son inkişaflar yeni bir endirimin zəruri olduğunu göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram