Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrə Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bəndi endirib.
Banco.az xəbər verir ki, İsveçrə Milli Bankı bazar proqnozlarını üstələyən faiz endirimi həyata keçirib.
Bank uçot dərəcəsini 50 baza bəndi azaldaraq 0,50 faizə endirib.
Ekspertlərin proqnozu faiz dərəcəsinin 0,75 faizə endirilməsi istiqamətində idi.
Mərkəzi bank qərar mətnində zəruri hallar yaranarsa, valyuta bazarlarına müdaxilə edə biləcəyinə işarə edib. Qərar mətnində bu rübdə baza inflyasiya təzyiqlərinin azaldığı bildirilərkən, inflyasiyanın hədəf diapazonda saxlanılması öhdəliyi ön plana çıxıb.
Bank öz qiymətləndirməsində bildirib ki, inflyasiyanın hərəkətverici qüvvəsi xidmət sektoru qiymətləridir.
Bizi sosial şəbəkələrdən izləyin!!