İranda qiymətlər BAHALAŞIB | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İranda qiymətlər BAHALAŞIB

Ağır xarici iqtisadi təzyiqlər və milli valyutanın dollar qarşısında zəifləməsini yaşayan İranda inflyasiya rekord həddə çatıb.

2018-ci ilin oktyabrında İranda illik inflyasiya 36,9% təşkil edib. Halbuki sentyabrda illik bahalaşma 31,4% olmuşdu. Bu, 2013-cü ilin sentyabrından indiyədək inflyasiyanın ən yüksək həddidir.

İranda bütün əsas istiqamətlərdə qiymətlər sürətlə artıb.

Belə ki, mənzil-kommunal xidmətləri 12,8%, ərzaq malları və içkilər 55,9%, nəqliyyat xidmətləri 58,6% bahalaşıb.

Bu dövrdə İranda mebel və məişət texnikası 71,8%, ayaqqabı və geyim 39,3%,  səhiyyə xidmətləri 19,1%, istirahət və mədəniyət xidmətləri 80%, təhsil xərci 19,1%, restoran və hotellərdə qiymətlər 28,2% yüksəlib.

Qonşu ölkədə rabitə qiyməti 49,1%,  tütün 165,3% bahalaşıb.

Təkcə oktyabr ayında qiymətlər 4,6% yüksəlib. Sentyabrda artım daha böyük idi – 6,1%.

Qeyd edək ki, 1957-ci ildən indiyədək olan dövrü götürəndə İranda illik inflyasiya orta hesabla 13,92% təşkil edib. Ölkədə inflyasiyanın ən yüksək illik göstəricisi 1995-ci ilin mayında qeydə alınıb - 59,02%. Ən aşağı qiymət artımı, daha dəqiqi deflyasiya isə 1958-ci ildə baş verib – (-3,27%). 

FED.az