İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq olunacaq | Banco.az

İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq olunacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp İrana silah tədarük edən ölkələrə qarşı sərt iqtisadi addım ata biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Tramp  bildirib ki, əgər hər hansı ölkə İrana silah tədarük edərsə, həmin ölkələrin ABŞ-a ixrac etdiyi bütün mallara 50% tarif tətbiq oluna bilər. Onun sözlərinə görə, bu tədbirlər heç bir istisna və güzəşt olmadan dərhal qüvvəyə minəcək.

Bununla yanaşı, Tramp ABŞ ilə Iran arasında tariflərin və sanksiyaların yumşaldılması istiqamətində danışıqların aparıldığını da açıqlayıb.

O qeyd edib ki, tərəflər mümkün sülh müqaviləsinin 15 bəndindən çoxu üzrə razılığa gəliblər.

Tramp həmçinin bildirib ki, İranın ölkənin artıq uran zənginləşdirməyəcəyinə əmindir.

O vurğulayıb ki, ABŞ İranın nüvə obyektlərini peyk nəzarəti altında saxlayır. 

Ekspertlər hesab edir ki, bir tərəfdən sərt tarif hədələri, digər tərəfdən isə diplomatik danışıqların paralel aparılması ABŞ-ın İrana qarşı ikili strategiyasının göstəricisidir. Bu yanaşma həm təzyiq mexanizmini gücləndirməyə, həm də mümkün razılaşma üçün zəmin yaratmağa xidmət edir.