İran uran ehtiyatlarını azaltmağa hazırdır | Banco.az

İran uran ehtiyatlarını azaltmağa hazırdır

Müəllif:Mehin Qasımova,Banco.az

İran və ABŞ fevralın 26-da Cenevrədə nüvə danışıqlarını bərpa edəcəklər.

Banco.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Tehran administrasiyası sanksiyaların aradan qaldırılması müqabilində uran ehtiyatlarını azaltmaq və enerji sektorunu ABŞ şirkətlərinə açmaq təklifini irəli sürüb.

Məqsəd mümkün hərbi müdaxilənin qarşısını almaq və iqtisadiyyatı sarsıdan sanksiyaları aradan qaldırmaqdır.

Bu addım, iki ölkə arasında gərginliyin azalmasına və İranın iqtisadi durumunun stabilləşməsinə yönəlik mühüm diplomatik təşəbbüs kimi qiymətləndirilir.