İqtisadiyyat üzrə 2024-cü il Nobel Mükafatının qalibləri bəlli olub | Banco.az

İqtisadiyyat üzrə 2024-cü il Nobel Mükafatının qalibləri bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadiyyat üzrə 2024-cü il Nobel Mükafatının laureatları açıqlanıb.

Banco.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında iqtisadiyyat üzrə Nobel mükafatı laureatları elan edilib.

İqtisadiyyat üzrə 2024-cü il Nobel Mükafatının qalibləri türk Prof. Dr. Daron Acemoğlu, ingilis Prof. Dr. Saymon Conson və Ceyms A. Robinson olub.

Qaliblər bu mükafata institutların formalaşması və onların rifaha təsirləri ilə bağlı işlərinə görə layiq görülüblər.

Xatırladaq ki, 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatını qadınların iş qüvvəsində yeri ilə bağlı işinə görə Harvard Universitetindən amerikalı professor Klaudiya Qoldin qazanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et