Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Yaponiya Bankını faiz dərəcələrini mərhələli şəkildə artırmağa çağırıb.
Banco.az xəbər verir ki, bu barədə İƏİT cümə axşamı bəyanat yayıb.
Bəyanatda deyilir ki, inflyasiya 2 faizlik hədəf ətrafında qalarsa və davamlı əmək haqqı artımı ilə müşayiət olunarsa, Yaponiya Bankı (BOJ) (mərkəzi bank) qısamüddətli faiz dərəcələrini tədricən artırmalı və istiqrazların gəlirliliyinə nəzarət siyasətini daha çevik etməlidir.
Xatırladaq ki, BOJ uzunmüddətli faiz dərəcələri üzərində sıx nəzarətini azaltmaq üçün ötən il gəlir əyrisi nəzarətində (YCC) düzəlişlər edib.
Bununla yanaşı, mərkəzi bankdan bildirilənə görə, inflyasiyanın 2 faizlik hədəfdən yuxarı qalması və qlobal gəlirlərin yüksəlməsi halında bazarlar yenidən bu siyasətə etiraz edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!