İqlim dəyişikliklərinin 2035-ci ilə kimi Azərbaycanda inflyasiyaya təsiri açıqlanıb | Banco.az

İqlim dəyişikliklərinin 2035-ci ilə kimi Azərbaycanda inflyasiyaya təsiri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı iqlim dəyişikliyinin inflyasiyaya təsiri ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə AMB  xəbər verir. Bildirilib ki, iqlim dəyişikliyi son illərdə təkcə ekoloji deyil, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır. Bu risklər arasında xüsusilə ərzaq inflyasiyası və ümumi qiymət artımları önə çıxır.

2035-ci ilə kimi iqlim dəyişikliyinin Azərbaycanda ərzaq inflyasiyasına 1.5 – 2.0 faiz bəndi artırıcı təsir edəcəyi proqnozlaşdırılıb. AMB hesab edir ki, ümumi inflyasiyaya təsir isə 0.5 – 1.0 faiz bəndi ola bilər. Qeyd olunub ki, artan temperatur və iqlim riskləri, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın azalması, qiymət artımını şərtləndirir.

Ümumilikdə iqlim dəyişikliklərinin qlobal təsirləri nəticəsində ərzaq inflyasiyası illik 3.2%-ə qədər, ümumi inflyasiya illik 1.18%-ə qədər arta bilər.

apa