İpoteka Fondunun kredit portfeli 1 mlrd. manata yaxınlaşıb | Banco.az

İpoteka Fondunun kredit portfeli 1 mlrd. manata yaxınlaşıb

Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 800 152 760 manat məbləğində ipoteka krediti verilib.

AİF-ə istinadən xəbər veriilr ki, dövlət büdcəsi vəsaiti hesabına ipoteka kreditlərini 19 112 nəfər alıb.

Başqa sözlə, adambaşına 41 866,51 manat kredit verilib.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Mənbə: Report.az