1. Bankın əlinizin altında olması
Sadəcə bir fərdi kompüter, planşet və smart telefon olması kifayət edir ki, siz bankın xidmətlərindən istifadə edəsiniz. İnternet bankinq ilə daima öz hesablarınızdan 7/24 agah olur və arzuladığınız əməliyyatları gerçəkləşdirirsiniz.
2. Yolüstü bankçılıq
Siz yolda, digər bir görüşdə, dükanda və s olduqda belə öz mobil bank xidmətiniz vasitəsi ilə hesablarınızı izləyə bilərsiniz. İnternet və mobil bankinq sizə hətta ölkə xaricində olduqda belə şəbəkəyə çıxış əldə etməklə öz bankınızda əməliyyatlar aparmağa imkan verir.
3. Zamana və pula qənaət
Onlayn ödənişlər sizi əlavə vaxt itkisindən azad edir. Siz bankda, poçtda və ya digər idarələrdə növbələrdə gözləmək, həmin yerə yetişmək üçün nəqliyyatdan istifadə edib, tıxaclarda qalmaq məcburiyyətindən xilas olursunuz. Öz iş masanızdan ayrılmadan, kommunal, rabitə, mobil telefon, TV, təhsil haqqı və s ödənişləri icra edir, kreditlərinizi ödəyə bilərsiniz.
4. Ödəniş şablonları
Əgər hər ay təkrarlanan, kirayə, kredit, xidmət haqqı və s şəkildə ödənişlər varsa, onların ödəniş şablonunu hazırlayaraq, hər ay eyni əməliyyata etmək məcburiyyətində qalmadan, onların icrasına nail ola bilərsiniz.
5. Bank çıxarışları əlinizin altında
Hər hansı bir orqana çıxarış, bank və hesab ekvizitləri təqdim etmək lazım olduqda bundan ötrü banka getməyə ehtiyac olmur. İstənilən əməliyyatdan sonra onları bank çıxarılışlarında görə bilirsiniz.
6. Hesabdan hesaba sərbəst vəsait axını
Bankın tətbiq etdiyi limitlər çərçivəsində vəsaitləri hesabdan-hesaba keçirtmək, cari hesabdan kart hesabına köçürtmək, konvertasiya etmək – valyuta əməliyyatları aparmaq mümkündür.
7. Daima məlumatlı olmaq
Bildiriş –məlumatlnadırma sisteminə qoşulmaqla, siz hesabınızda baş verən dəyişiklik, o cümədələn bankda tətbiq edilən komisyon haqları və ya digər bir dəyişiklik ilə bağlı anında məlumat əldə edə bilərsiniz.
8. Təhlükəsizlik
Banklar onlayn xidmətlərinin təhlükəsizliyinə xüsusi ilə məsuliyyət ilə yanaşırlar. Həmçinin hesablarınızın təhlükəsizliyindən əmin olmaq istəyirsinizsə, istənilən bir səfərə çıxmadan öncə hər iki xidməti aktiv etməyi unutmayın. Əgər kartınız itər və oğurlanarsa və ya sizə şübhəli görünən əməliyyat haqqında bildiriş alsanız kartları internet bankinq vasitəsi ilə bloka sala bilərsiniz.
Bütün bu sadaladığımız üstünlüklər Bank BTB-nin təklif etdiyi internet və mobil bankinq xidmətləri ilə əlçatandır.
Xidmətləri aktiv etmək üçün mobil əlavəni telefona yükləmək tələb olunur və əlbtəttə ki, bankdan müştəri kodunu əldə etməlisiniz. Hər iki xidmət istifadəçilərə pulsuz təklif olunur.
Internet bankçılıqdan təhlükəsiz istifadə etmək üçün bu qaydalara riayət etməyi unutmayın.