"Intel" "Nvidia" şirkətinə 5 milyard dollarlıq səhm satışını başa çatdırıb | Banco.az

"Intel" "Nvidia" şirkətinə 5 milyard dollarlıq səhm satışını başa çatdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Intel" "Nvidia" şirkətinə 5 milyard dollarlıq səhm satışını başa çatdırıb.

Banco.az xəbər verir ki, ABŞ-li çip istehsalçısı “Intel” sentyabr ayında “Nvidia” ilə imzaladığı razılaşma çərçivəsində 5 milyard dollar məbləğində səhm satışını tamamladığını açıqlayıb.

“Intel” bu məsələ ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) bildiriş təqdim edib. Sözügedən bildirişə əsasən, “Nvidia” şirkətinə ümumilikdə 5 milyard dollar nağd vəsait qarşılığında səhm satışı həyata keçirilib və əməliyyat zamanı hər bir səhm üçün satış qiyməti 23,28 dollar olaraq müəyyən edilib.

Bildirişdə qeyd olunub ki, bu satış sentyabr ayında “Nvidia” ilə bağlanmış razılaşma çərçivəsində reallaşdırılıb və planlaşdırılan əməliyyatın daha əvvəl SEC vasitəsilə ictimaiyyətə açıqlanmış olduğu xatırladılıb.

“Nvidia” sentyabr ayında verdiyi açıqlamada xüsusi məlumat mərkəzləri və fərdi kompüter məhsullarının birgə hazırlanması məqsədilə “Intel” ilə əməkdaşlığa başladığını bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram