"Instagram" öz formatını dəyişir | Banco.az

"Instagram" öz formatını dəyişir

"Instagram" sosial şəbəkəsi formatını dəyişərək  əsas səhifəsindəki paylaşımları kvadrat əvəzinə düzbucaqlı edəcək.

Banco.az xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri öz səhifəsində bildirib.

"Bilirəm ki, bəziləriniz kvadratları çox sevirsiniz. Kvadrat fotoşəkillər bir növ "Instagram"ın irsidir. Amma hazırda yüklənən foto və videoların çoxu vertikaldır. Onları çox da kəsmək heyifdir", - Mosseri qeyd edib.

O etiraf edib ki, dəyişiklik "bir az ağrılı" ola bilər, amma keçəcək.

"Düşünürəm ki, insanlar uzunmüddətli perspektivdə onların fotolarının və daha çox videolarının aqressiv şəkildə kəsilməkdənsə, olduğu kimi profildə göründüyünə sevinəcəklər", - deyə o vurğulayıb.