Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyanın xidmət sektorunda yanvar ayında artım qeydə alınıb.
Banco.az xəbər verir ki, S&P / CIPS tərəfindən edilən açıqlamada İngiltərədə xidmət sektorunun Satınalma Menecerləri (PMI) məlumatlarının bu ilin yanvar ayında 53,8 punkta yüksəldiyi bildirilib.
Ötən ay (dekabr 2023) ölkədə xidmət sektoru PMI 53,4 punt səviyyəsində idi.
Qeyd edək ki, PMI məlumatlarında 50 punktdan yuxarı göstərici sektorda artımı, aşağı göstərici isə daralmanı ifadə edir.
Xidmət sektoru Britaniya iqtisadiyyatının təxminən 80 faizini təşkil edir.
Açıqlamada həmçinin ölkədə xidmət və istehsal sektorlarını əhatə edən kompozit PMI məlumatlarının yanvar ayında 52,5 punkta yüksəldiyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!