Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyanın borclanma xərcləri ötən 26 ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın borclanma xərcləri 30 illik Dövlət istiqrazlarına dair keçirilən hərracda istiqrazların gəlirliliyinin son otuz ilin ən yüksək səviyyəsinə çatmasından sonra artıb.
30 illik Gilt (Böyük Britaniya dövlət istiqrazları) gəlirliliyi 3 baza bənd artaraq 5,212%-ə yüksəlib ki, bu da 1990-cı illərin sonundan bəri ən yüksək səviyyəni ifadə edir.
Bu dəyişiklik Böyük Britaniyanın Borc İdarəetmə Ofisinin 30 illik müddətli və 4,375% kuponlu, nominal dəyərindən aşağı bir endirimlə 5,194% gəlirliliklə hərraca çıxardığı 2,25 milyard funt sterlin (2,83 milyard dollar) dəyərində istiqraz satışından sonra baş verib.
20 illik istiqrazların gəlirliliyi də 3 baza bənd artaraq 5,153% səviyyəsində qeydə alınıb. Daha qısamüddətli istiqrazların gəlirlilikləri də artış göstərib.
Böyük Britaniyanın 10 illik istiqrazlarının gəlirliliyi 3 baza bənd artaraq 4,641%-ə çatıb. 2 və 5 illik istiqrazların gəlirliliklərində də kiçik artımlar müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!