Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə Premyer Liqasında mübarizə aparan futbol klubları yay transfer dövründə təxminən 4 milyard avroluq transferlər edərək rekord qırıblar.
Banco.az xəbər verir ki, İngiltərə Premyer Liqa komandaları ingilis futbolunun Avropadakı rəqiblərinə qarşı maliyyə üstünlüyünü möhkəmləndirən rekord yay transfer dövründə indiyə qədər heç vaxt olmadığı qədər çox transfer xərci edib.
“Deloitte”un məlumatına görə, Premyer Liqadakı 20 klub ümumilikdə 3 milyard funt sterlinqdən (4 milyard dollar) çox xərc çəkərək, iki il əvvəlki 2,4 milyard funtluq rekordu asanlıqla qırıb. Bu rəqəm Avropadakı digər dörd böyük liqanın ümumi göstəricisini üstələyir.
Keçən mövsümün çempionu “Liverpul”un başçılıq etdiyi bu alqı-satqı çılğınlığı, klubların maliyyə baxımından riskə düşməməsi üçün nəzərdə tutulan qaydalara baxmayaraq baş verib. Premyer Liqa klublarının çoxu zərər etsə də, xərclərin bir hissəsi satışlar hesabına maliyyələşdirilib. Xüsusilə “Liverpul” və “Çelsi” yüksək qiymətə dəyərləndirilən oyunçuların satışından əldə olunan gəlirlərlə böyük xərclərini tarazlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!