İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini 15 ilin ən yüksək səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) inflyasiya proqnozlarını aşağı salmaqla və faiz dərəcələrinin yenidən yüksələ biləcəyinə dair şifahi bəyanatları geri götürərək faiz dərəcələrinin endirilməsi istiqamətində addım atıb.

Bankın 9 nəfərdən ibarət Pul Siyasəti Komitəsinin altı üzvü faiz dərəcələrinin 5,25 faiz səviyyəsində sabit saxlanılmasına səs verib.

Qeyd edək ki, iqtisaçıların proqnozlarına uyğun olan faiz dərəcəsi həm də 15 ilin ən yüksək səviyyəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram