Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə iqtisadiyyatı 2023-cü ilin noyabr ayında gözləniləndən çox artım göstərib.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, ölkə iqtisadiyyatı 2023-cü ilin oktyabrında 0,3 faiz azaldıqdan sonra 2023-cü ilin noyabrında 0,3 faizlə proqnozlardan çox böyüyüb.
Sözügedən dövrdə xidmət sektorunun 0,4 faiz artım göstərməsi ümumi göstəricinin əsas hərəkətverici qüvvəsi olub. 2023-cü ilin oktyabr ayında xidmət sektoru 0,1 faiz daralmışdı.
2023-cü ilin oktyabr ayında aylıq 1,3 faiz azalan sənaye istehsalı noyabrda 0,3 faiz artıb.
Qeyd edək ki, Britaniya iqtisadiyyatı 2023-cü ilin sentyabr-noyabr aylarını əhatə edən üç aylıq dövrdə isə əvvəlki üç aylıq dövrlə müqayisədə 0,2 faiz daralıb.
Bizi sosial şəbəkələrdən izləyin!!