İlon Mask FED-ə də nəzarət edə biləcək | Banco.az

İlon Mask FED-ə də nəzarət edə biləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Mask ABŞ Mərkəzi Bankına (FED) da nəzarət edə biləcəklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Mask 2025-ci il Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) çərçivəsində keçirilən tədbirdə çıxış edib.

Dəyərli metalların saxlandığı Fort Knox-da qızıl ehtiyatlarının yoxlanılmasına dair fikirlərini təkrarlayan Mask oradakı qızılların ABŞ xalqına məxsus olduğunu vurğulayıb.

Mask Federal Ehtiyat Sisteminin (Fed) yoxlanılmasının nəzərdə tutulub-tutulmadığı ilə bağlı sualı cavablandıraraq, "Bəli, əlbəttə" deyə cavab verib.

İsrafın demək olar ki, hər yerdə mövcud olduğuna diqqət çəkən Mask bəzi sahələrdə kiçik dəyişikliklərlə belə milyardlarla dollar qənaət edilə biləcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram