Azərbaycanda yeni tikilən binalarda, xüsusilə də “Ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkdiyi üçün 100 Mbit/s üzərində sürətin təmin olunması mümkün olmur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.
Bildirilib ki, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.
Bu səbəbdən agentlik həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb.