İctimai iaşə dövriyyəsi 14% artıb | Banco.az

İctimai iaşə dövriyyəsi 14% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1495,9 milyon manat olub.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə. bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

    7 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 14% artaraq 757,7 milyon manat olub.