"Hyundai"ın elektriklə işləyən hava taksisi bu tarixdə səmaya qalxacaq | Banco.az

"Hyundai"ın elektriklə işləyən hava taksisi bu tarixdə səmaya qalxacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Hyundai”ın elektriklə işləyən hava taksisi 2028-ci ildə səmaya qalxacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən İstehlak Elektronikası Sərgisində (CES) texnologiya, avtomobil və istehlak elektronikası dünyasındakı yeniliklər nümayiş etdirilir.

Sərgidə iştirak edən “Hyundai Motor Group”un hava nəqliyyatı şirkəti “Supernal” hazırladıqları elektrik təyyarəsini təqdim edərək 2028-ci ildə elektrik hava taksi fəaliyyətinə başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, S-A2 kommersiya məqsədli uça bilməzdən əvvəl Federal Aviasiya Administrasiyasında uzun müddətli Tip 1 sertifikatlaşdırma prosesindən keçməlidir. Şirkət rəsmisinin sözlərinə görə, onlar bu il Kaliforniyada öz avtomobillərini sınaqdan keçirməyə başlayacaq.

“Hyundai Motor Group”un prezidenti və “Supernal” şirkətinin CEO-su Cayvon Şinin dediyinə görə, “Supernal” şirkəti 600 nəfərdən ibarət komandaya çatıb və “Hyundai Motor Group” və dünya üzrə aviasiya təchizatçılarının texniki və kommersiya imkanlarından istifadə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram