"Huawei"in Çin bazarında artımı ilk dəfə olaraq "Apple"ı ötüb | Banco.az

"Huawei"in Çin bazarında artımı ilk dəfə olaraq "Apple"ı ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Huawei"in Çin bazarında artımı ilk dəfə olaraq "Apple"ı ötüb.

Banco.az xəbər verir ki, bazar araşdırmaları həyata keçirən “Canalys”in yeni rəqəmlərinə görə, “Huawei Technology”nin Çində premium smartfon satışları sentyabrda bitən rübdə illik müqayisədə 34 faiz artaraq şirkətə bazarın 33 faizini qazandırıb.

Rəqəmlər “Huawei”in ötən il ABŞ-ın 2019-cu ildə başlayan sanksiyalarından sonra sürpriz şəkildə bazara çıxardığı “Mate 60” seriyasının güclü satışlarını əks etdirir.

“Apple” isə Çindəki “iPhone” tədarüklərində 5 faiz azalma ilə üzləşib. Bununla belə, şirkət hələ də 52 faiz bazar payı ilə premium smartfon seqmentində liderdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, dünyanın ən böyük smartfon bazarı olan Çinin smartfon bazarı 2024-cü ildə beş ildən sonra ilk artımını nümayiş etdirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram