Hörmüz boğazı bağlandı | Banco.az

Hörmüz boğazı bağlandı

Müəllif:Mehin Qasımova,Banco.az

İran İnqilab Keşikçiləri Korpusunun komandanının müşaviri, briqada generalı İbrahim Cabbari Hörmüz boğazını dəniz nəqliyyatı üçün bağladıqlarını və keçməyə çalışan bütün gəmilərə hücum edəcəklərini açıqladı.

Banco.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Cabbari, ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüz boğazından keçməyə icazə verməyəcəklərini bildirib.

Briqada generalı Cabbari açıqlamasımda deyib:

"Hörmüz boğazı bağlıdır. Keçməyə çalışan hər hansı bir gəmiyə hücum edib yandıracağıq. Gəmilər İnqilab Keşikçiləri Dəniz Qüvvələri və Ordusunun qəhrəmanları tərəfindən yandırılacaq. Bu bölgəyə gəlməyin. Neftin qiyməti 82 dollara çatıb və dünya, şübhəsiz ki, onun ən azı 200 dollara çatacağını gözləyir. Biz həmçinin neft boru kəmərlərinə hücum edəcək və bölgədən bir damla neftin də çıxmasına icazə verməyəcəyik".