Hindistan və Çin sərhəd ticarətini yenidən açmağı düşünür | Banco.az

Hindistan və Çin sərhəd ticarətini yenidən açmağı düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan və Çin sərhəd ticarətini yenidən açmağı düşünür.

Banco.az xəbər verir ki, India Today qəzetinin xəbərinə görə, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval mətbuata açıqlamasında Çinlə bir müddətdir sərhəd gərginliyi və ticarət məsələlərini müzakirə etdiklərini bildirib.

Caisval 5 illik fasilədən sonra sərhəddəki üç nöqtədə ticarəti yenidən bərpa etmək məsələsində Çin tərəfi ilə əlaqədə olduqlarını qeyd edib.

Bildirilib ki, Çin Xarici İşlər Naziri Vanq Yi də 18 avqustda Hindistana rəsmi səfər edəcək və bu mövzuları müzakirə edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram