Hindistan ilk çipini bu tarixdə istehsal edəcək | Banco.az

Hindistan ilk çipini bu tarixdə istehsal edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan ilk çipini 2025-ci ildə istehsal edəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin informasiya texnologiyaları naziri Ashwini Vaishnav cənubundakı Heydərabad şəhərində konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Hindistan qlobal yarımkeçiricilər bazarında mühüm oyunçu olmağa hazırdır.

"Hazırda yarımkeçirici çiplərin istehsalına başlayırıq. Artıq altı yarımkeçirici fabrikin tikintisinə razılıq vermişik. Onların tikintisi davam edir. Hindistanda istehsal olunan ilk çip 2025-ci ildə buraxılacaq", - o deyib.

Hindistan hökuməti bundan əvvəl ölkədə yarımkeçiricilər istehsalı sənayesi yaratmaq niyyətini açıqlamışdı. Bu məqsədlə hakimiyyət xarici şirkətləri fəal şəkildə cəlb edir. Hindistanın Elektronika və Yarımkeçiricilər Assosiasiyasının məlumatına görə, Hindistanın yarımkeçirici bazarının 2030-cu ilə qədər 100 milyard dolları keçəcəyi gözlənilir.