Hindistan ABŞ ilə çoxmərhələli ticarət sazişi üzrə danışıqlar aparır | Banco.az

Hindistan ABŞ ilə çoxmərhələli ticarət sazişi üzrə danışıqlar aparır

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan ABŞ ilə çoxmərhələli ticarət sazişi üzrə danışıqlar aparır.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.

“Hindistan ABŞ-la üç mərhələli ticarət sazişini müzakirə edir və qarşılıqlı tariflərin qüvvəyə mindiyi iyula qədər müvəqqəti razılaşma əldə etməyə ümid edir”, - nəşr yazır.

Agentlik bildirib ki, müvəqqəti saziş çox güman ki, sənaye malları və bəzi kənd təsərrüfatı məhsulları üçün bazara çıxış, eləcə də bəzi qeyri-tarif maneələrinin aradan qaldırılması kimi sahələri əhatə edəcək. 

Agentliyin məlumatına görə, ikinci mərhələyə 19 sahəni əhatə edən daha geniş sazişin bağlanması daxildir. Yekun mərhələ çox güman ki, gələn ilə qədər əldə oluna bilməyəcək hərtərəfli razılaşma olacaq.