Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır | Banco.az

Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar artaraq 45,15 dollar olub.

Neftin bahalaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı danışıqların son mərhələsinə başladıqları barədə məlumatlar səbəb olub. 

Mənbə: Apa.az