Müəllif:Ayşən İmanova/Banco.az
Ən yüksək dövlət vəzifəsi uğrunda mübarizə aparan ABŞ-nin vitse-prezidenti Kamala Harris payızda seçkilər ərəfəsində bəzi ştatlarda reklamlara 370 milyon dollar xərcləməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Məlumata görə, Harrisin qərargahı televiziya reklamına 170 milyon dollar xərcləmək niyyətindədir, qalan 200 milyon dollar isə rəqəmsal tanıtım vasitələrinə yönəldiləcək.
"Bizim 2024-cü ildə müasir kampaniyamız var, büdcənin 80%-nin TV-yə getdiyi keçmişdə ilişib qalmamışıq", - seçki kampaniyası rəhbərinin müavini Kventin Fulks nəşrə bildirib.
O əlavə edib ki, Pensilvaniya və Viskonsin ştatlarında onların xərcləri iki dəfə, Corciyada dörd dəfə, Nevada ştatında isə altı dəfə baha olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!