Online dəstək xidməti - müştəriyə şirkət tərəfindən veb üzərindən yardım formasıdır.
Yəni siz telefondan istifadə etmədən, şirkətə getmədən sadəcə internet vasitəsilə sizə lazım olan informasiyanı ala bilərsiniz. Burda xırda nüans ondan ibarətdir ki, verilən informasiya məxfi xarakter daşımır.
Ölkəmizdə bu xidmətdən banklarımız xüsusi olaraq yararlanırlar. Banklar iş rejimlərinə uyğun olaraq fəaliyyət göstərən online dəstək qrupu sizin suallarınızı cavablandırmaqla məşğul olurlar. Ötən illərlə müqayisədə online dəstək xidmətindən istifadə banklar tərəfindən daha da təkminləşdirilmişdir.
Banklar dəstək xidmətini müxtəlif formalarda təqdim edirlər.
- Siz online formada, əməkdaşla bankın saytında yazışa bilərsiniz. Bu zaman sizdən adınızı qeyd etməyiniz və bəzi hallarda e-mail adresiniz tələb oluna bilər.
- Siz əlaqə nömrənizi qeyd etməklə sizə zəng edilməsini istəyə bilərsiniz.
- Siz sadəcə açılan pəncərədə müraciət məktubu yaza və e-mail ünvanınıza cavab məktubunun gəlməsini gözləyə bilərsiniz.
- və nəhayət, canlı görüntü vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Bu xidmətlərdən ən rahat və ən tezi canlı yazışma və canlı görüntü vasitəsilə olanıdır. Çünki bu halda siz daha rahat sizə lazım olan informasiyanı ala bilərsiniz.
Hansı banklarda bu xidmətlərin olması sizi maraqlandırırsa, aşağıdakı cədvələ nəzər sala bilərsiniz.
Bank |
Xidmətin adı |
Əlavə xidmət |
AGBank |
Online məsləhətçi | |
ASB Bank |
- | |
Bank Avrasiya |
- | |
Bank BTB |
- | |
Bank of Baku |
||
Bank Respublika |
||
Bank Standard |
- | |
Beynəlxalq Bank |
- | |
Caspian Development Bank |
- | |
Dəmirbank |
- | |
Kapital Bank |
- | |
NBC Bank |
||
Nikoil Bank |
- | |
Rabitəbank |
||
Turanbank |
||
Unibank |
- | |
VTB Bank Azərbaycan |
- | |
Xalq Bank |
- |