Bu ilin I rübündə Gürcüstanın xarici borcunun məbləği 0,3 milyard ABŞ dolları artaraq aprelin 1-nə 25,5 milyard ABŞ dollarına çatıb.
Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Məlumata görə, ölkənin xarici borcu ümumi daxili məhsulunun (ÜDM) 74,2 %-i qədərdir.
Ümumi xarici borcun 11 milyard ABŞ dolları dövlət zəmanətli borcdur, 88,6 %-i xarici valyutadadır.
Martın 31-nə, Gürcüstanın xalis xarici borcu isə 13,3 milyard ABŞ dolları olub ki, bu da ÜDM-in 38,7 %-nə bərabərdir.
Hesabat tarixinə qonşu ölkənin xalis dövlət borcu isə 6,7 milyard ABŞ dolları və yaxud ÜDM-in 18,4 %-i qədər olub.
Report