Gömrük rüsumlarının tətbiq olunacağı son tarixdə dəyişiklik oldu | Banco.az

Gömrük rüsumlarının tətbiq olunacağı son tarixdə dəyişiklik oldu

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp və Nazirlər Kabinetinin yüksək vəzifəli rəsmiləri tariflərin iyulun 9-da deyil, avqustun 1-də qüvvəyə minəcəyini təsdiqləyiblər.

Banco.az xəbər verir ki, yeni tarif dərəcələrinin nə vaxt tətbiq ediləcəyi ilə bağlı suala Tramp və ticarət naziri Hovard Lutnik belə cavab veriblər:
 

"Tariflər avqustun 1-dən qüvvəyə minir. Lakin prezident tarifləri və sövdələşmələri hazırda müəyyənləşdirir".

Tramp da bu bəyanatı təsdiqləyib.