Müəllif: Tamara Mustafayeva, Banco.az
Geosiyasi hadisələr və ticarətlə bağlı qeyri-müəyyənlik neft qiymətlərini bahalaşdırır.
Banco.az xəbər verir ki, Ukrayna və Rusiya hücumlarından sonra avqust ayı üzrə müqavilələndirilmiş Brent xam nefti ötən həftə 2,2% dəyər itirdikdən sonra bir barel üçün 65 dollara qədər yüksəlib, WTI nefti isə 62 dolların üzərində qalıb.
Şənbə günü OPEC və onun müttəfiqləri iyul ayı üçün gündəlik neft hasilatını 411 min barel artırmaq qərarını açıqlayıb. Bu qərar may və iyun aylarında verilən qərarlarla uyğun gələn təchizat artımını göstərsə də, OPEC+ təşkilatının daha yüksək bir artıma gedəcəyi ilə bağlı gözləntilər reallaşmayıb.
“Goldman Sachs” da proqnozlaşdırır ki, OPEC+ avqust ayında da son dörd ayda olduğu kimi hasilat artımını davam etdirəcək.
İnvestisiya bankı əvvəlki proqnozlarında OPEC+ təşkilatının təchizat artımına fasilə verə biləcəyini bildirmişdi. Den Struyvenin rəhbərliyindəki analitiklər qeyd edirlər ki, “nisbətən sıx olan spot neft bazarı gözləniləndən yaxşı açıqlanan qlobal iqtisadi göstəricilər və yay mövsümündə neft tələbatının güclənməsi” kimi faktorlar qiymət artımını dəstəkləyir. Analitiklər əlavə ediblər: “6 iyulda avqust ayı üçün hasilat səviyyələri müəyyən edilərkən gözlənilən tələbatın zəifləməsinin hasilat artımını dayandıracaq qədər kəskin olacağı ehtimal edilmir.”
Bizi sosial şəbəkələrdən izləyin!!