Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman” 2024-cü il üçün optimist qlobal artım proqnozu açıqlayıb.
Banco.az xəbər verir ki, “Goldman Sachs” gələn il dünya iqtisadiyyatının illik 2,6 faiz artacağını proqnozlaşdırır.
Bank ABŞ-ın isə digər inkişaf etmiş bazarları geridə qoyaraq, 2,1 faiz böyüyəcəyini gözləyir.
“Goldman Sachs” həmçinin hesab edir ki, monetar və fiskal sərtləşdirmə siyasətləri ilə bağlı yaranan əngəllərin çoxu aradan qaldırılıb.
Xatıraladaq ki, ABŞ-da inflyasiya ötən 40 ilin ən yüksək səviyyəsinə çatdığı üçün Fed 2022-ci ilin mart ayından etibarən aqressiv şəkildə faiz dərəcələrini artırmağa başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!