Müəllif:Mehin Qasımova,Banco.az
Avtomobil istehsalçısı "Ford Motor" Kentukki ştatında ucuz elektrik avtomobillərinin yığılacağı zavodun təkmilləşdirilməsinə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, şirkətin press-relizinə əsasən, zavodda istehsal olunacaq ilk model orta ölçülü dördqapılı elektrik pikap olacaq. İstehsalı 2027-ci ildə başlamaq planlaşdırılır. Bu pikap məşhur F-150 Lightning modelinə daha çox büdcəyə uyğun alternativ olacaq.
Avtomobil istehsalçısı daha əvvəl Miçiqanda elektrikli avtomobillər üçün akkumulyator zavodunun tikintisinə 3 milyard dollar sərmayə qoyacağını açıqlamışdı.
Bu layihələr birlikdə təxminən 4000 iş yeri yaradacaq və ya qoruyub saxlayacaq.
"Ford" səhmləri bazar ertəsi ticarət zamanı 0,3% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 12,5% artaraq 45,05 milyard dollara çatıb.