Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb | Banco.az

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Fevral ayında Azərbaycanda fəaliyyət göstərən bankların əmanət portfeli 1.2% artıb. Əmanət portfelinin 55.2%-i (7,174 mln. manat) müddətli əmanətlərdən ibarət olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hüquqi şəxslərin tələbli depozitləri 17,037.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.6%-ni təşkil edib.

Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 3.3 faiz bəndi azalaraq 35.3% təşkil edib. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 11 milyard 653 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram