Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Türkiyənin iqtisadi artım proqnozunu artırıb.
Banco.az xəbər verir ki, agentlik Türkiyə iqtisadiyyatının bu ilin ikinci rübündə gözləniləndən daha güclü performans göstərməsinin ardından böyümə proqnozunun yüksəldildiyini, ölkənin 2025-ci il üçün böyümə gözləntisinin isə 2,9 faizdən 3,5 faizə yüksəldildiyini bildirib.
"Fitch" qlobal iqtisadiyyat üzrə artım proqnozunu bu il üçün 2,2 faizdən 2,4 faizə, gələn il üçün isə 2,2 faizdən 2,3 faizə yüksəldib.