"Fitch Ratings" neftin qiyməti üzrə proqnozunu endridi | Banco.az

"Fitch Ratings" neftin qiyməti üzrə proqnozunu endridi

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi uzunmüddətli dövr üçün neftin qiyməti üzrə proqnozunu 60 dollar/barreldən aşağı səviyyəyə endirib.

Bu barədə Azərtac "Fitch Ratings"ə istinadən məlumat yayıb.

Məlum olub ki, beynəlxalq reytinq agentliyi 2017-ci və 2018-ci illər üzrə neftin bir barrelinin qiymətinin 52,5 dollar, 2019-cu ildə isə 55 dollar/barrel səviyyəsində olacağını proqnozlaşdırır.

“Ötən ilin noyabrında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə hasilat səviyyəsinin azaldılması barədə razılığa gəlməsindən ötən dövrdə neftin qiymətinin bahalaşmasına nail olunub. ABŞ-da isə şist nefti istehsalı artmaqdadır. Lakin buna baxmayaraq, yaxın perspektivdə neftin qiymətinin sabit səviyyədə qalması gözlənilir”, - deyə “Fitch Ratings”in açıqlamasında bildirilir.

Mənbə: Oxu.az