Fitch": “Azsığorta-nın investisiya portfeli yüksək risklidir" | Banco.az

Fitch": “Azsığorta-nın investisiya portfeli yüksək risklidir"

“Fitch” beynəlxalq Reytinq Agentliyi “Azsığorta” ASC-nin reytinqinə yenidən baxıb.

Məlumata görə, qurum Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində saxlayıb, reytinq üzrə proqnozunu isə “Mənfi”dən “Sabit”ə yüksəldib.

“Fitch” hesab edir ki, 2018-ci ildə “Azsığorta” 2017-ci illə müqayisədə daha güclü maliyyə performansı nümayiş etdirib və onun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (International Financial Reporting Standards – IFRS) uyğun olaraq təqdim olunmuş audit hesabatında zərərli ehtiyatların olmaması əks olunub.

“Reytinq şirkətin nisbətən güclü kapital mövqeyini, onun zəif biznes mövqeyini və investisiya portfelindəki yüksək riski əks etdirir”, - deyə agentlik bəyan edib. 

Report.az