Reytinq agentliyi Fitch Ratings Azərbaycanın “BBB-” səviyyəsində xarici və milli valyutada uzunmüddətli defolt emitent reytinqini (“RDE”) təsdiq edib.
Agentliyin məlumatına əsasən reytinqin proqnozları – “Stabildir”.
Azərbaycanın dövlət balansı suveren emitent reytinqləri arasında ən güclüsüdür və reytinqi saxlayır.
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) vəsaiti 2014-cü ilin birinci yarısında 37,6 milyard dollara çatıb. Mərkəzi Bankın 15 milyard valyuta ehtiyatını nəzərə alaraq, xarici suveren aktivlər ÜDM-in 69%-dir. Fitch, 2014-2016-cı illər üçün cari əməliyyatların profisitlərinin azalması fonunda, suveren aktivlərin artmasını gözləyir. Bu neft və neft hasilatının qiymətlərinə dair şoka qarşı ehtiyatın və manatın dollara qarşı 0,78 manat/1 dollar səviyyəsinin saxlanılmasını təmin etməlidir.
2014-cü ilin 7 ayı üçün dövlət büdcəsinin profisiti, 2013-cü ilin müvafiq dövrü üçün olan göstəricidən azdır.
Fitch agentliyi dövlət büdcəsinin profisiti 2014-cü ildə kiçik defisitini proqnozlaşdırır, baxmayaraq ki, daha öncə ÜDM 3% planlaşdırılırdı, bu neftin qiymətinin gözlənildiyindən daha yüksək olması ilə əlaqədardır.
Fitch ümumdövlət büdcəsinin 2015-2016-cı illər üçün illik defisiti 1-2% ÜDM olacağını planlaşdırır, belə ki, hakimiyyət gəlirlərin azalması fonunda yüksək cari və kapital xərcləri dəstəkləyir.
Oxu.Az