“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda depozitlərin dollarlaşmasının yaxın illərdə yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
Bu barədə agentlik xəbər verir.
Reytinq agentliyi bildirir ki, 2025-ci ilin üçüncü rübünün sonunda depozitlərin 44%-i xarici valyutada olub: "Əlavə makro-prudensial tədbirlər görülmədiyi halda, depozitlərin manatlaşması prosesi çox yavaş templə davam edəcək".
Hesabata görə, bankların xarici valyutada verdiyi kreditlərin payı azalmaqda davam edəcək və 2026-cı ilin sonuna doğru ümumi kredit portfelinin təxminən 12%-nə enəcək (2024-cü ilin sonu: 16%). “Fitch” bunu manatın ABŞ dollarına bağlı stabil məzənnəsi və xarici valyutada kreditləşməyə qoyulan ciddi məhdudiyyətlərlə izah edir.
apa
