"Fitch" ABŞ üçün artım proqnozunu yuxarı çəkib | Banco.az

"Fitch" ABŞ üçün artım proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” ABŞ iqtisadiyyatı ilə bağlı artım proqnozunu açıqlayıb.

Banco.az xəbər verir ki, “Fitch” tərəfindən yayımlanan açıqlamada bildirilib ki, ABŞ-da ötən ilin son dövründə hökumətin fəaliyyətinin dayandırılması səbəbindən gecikdirilmiş iqtisadi məlumat açıqlamaları nəzərə alınıb və bu çərçivədə ölkə iqtisadiyyatının 2025 və 2026-cı illər üzrə artım proqnozları yuxarı istiqamətdə yenilənib.

Açıqlamada ABŞ iqtisadiyyatının ötən il 2,1 faiz artdığına dair proqnoz verildiyi, bu göstəricinin isə “Fitch”in dekabr ayında dərc etdiyi Qlobal İqtisadi Görünüm hesabatında nəzərdə tutulan 1,8 faizlik gözləntini üstələdiyi qeyd olunub. “Fitch” həmçinin ABŞ iqtisadiyyatı üzrə 2026-cı il üçün artım proqnozunu 1,9 faizdən 2 faizə yüksəldib.

Açıqlamada artımın ötən ilin üçüncü rübündə gözləniləndən xeyli güclü olduğuna diqqət çəkilib. Həmin dövrdə istehlak, dövlət xərcləri və xalis ticarət göstəricilərində yuxarı yönlü sürprizlərin müşahidə olunduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram