Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch Ratings” ABŞ-da regional bankların maliyyələşmə və böyümə çətinliklərinin 2024-cü ildə də davam edəcəyini bildirib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch”in açıqlamasında bildirilib ki, ABŞ banklarının mənfi əməliyyat mühitinin gələn il də regional bankların gəlirliliyinə qeyri-mütənasib mənfi təsir göstərərək davam edəcəyi gözlənilir.
Açıqlamada deyilir ki, faiz mühitinin məhdudlaşdırıcı olduğu, tənzimləyici tələblərin artdığı və kapital xərclərinin çoxaldığı bir vaxtda gəlir artımı üçün əlverişsiz şəraiti nəzərə alaraq, ABŞ bankları 2024-cü ildə öz kapitallarını qorumalı və gözləniləndən çox itkilər üçün ehtiyatlar yaratmalıdırlar.
Həmçinin bildirilir ki, ilk 20 bankın ümumi gəlirləri rüblük olaraq demək olar ki, dəyişməz qalıb, illik isə təxminən 8 faiz artıb. Sözügedən bankların xalis mənfəətlərinin isə rüblük və illik əsasda müvafiq olaraq 4 faiz və 20 faiz artdığı qeyd olunub.
Açıqlamada “Bank of America”, “JPMorgan” və “Wells Fargo” kimi iri bankların güclü performans göstərdikləri və illik əsasda iki rəqəmli mənfəət artımı bildirdikləri xatırladılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!