Fed sədri vəzifəsinə beş namizəd nəzərdən keçirilir | Banco.az

Fed sədri vəzifəsinə beş namizəd nəzərdən keçirilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ Mərkəzi Bankının (Fed) növbəti sədri vəzifəsi üçün beş namizəd qiymətləndirilir.

Banco.az xəbər verir ki, Bessent gələn il səlahiyyəti başa çatacaq Fed Sədri Cerom Pauellin yerinə keçə biləcək mümkün adlarla bağlı Air Force One təyyarəsində jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, bu vəzifə üçün nəzərdən keçirilən beş namizəd belədir: Ağ Evin Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett, Fed-in Nəzarət üzrə sədr müavini Mişel Bouman, Fed İdarə Heyətinin üzvü Kristofer Valler, Fed-in keçmiş İdarə Heyəti üzvü Kevin Varş və aktivlərin idarə olunması şirkəti “BlackRock”ın yüksək rəhbərliyindən Rik Rieder.

Bessent əlavə edib ki, Şükranlıq Günündən qısa müddət sonra namizədlər siyahısını ABŞ Prezidenti Donald Trampa təqdim etməyi planlaşdırır.

Digər tərəfdən, Tramp da Fed-in yeni sədri ilə bağlı qərarın ilin sonunadək veriləcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram