Fariz Cəfərov: Bu gün ölkələrin inkişafını yalnız ÜDM-lə ölçmürlər | Banco.az

Fariz Cəfərov: Bu gün ölkələrin inkişafını yalnız ÜDM-lə ölçmürlər

Müəllif:Gülnar Əhmədli,Banco.az

Bu gün ölkələrin inkişafını yalnız ÜDM-lə ölçmürlər. Məlumatların (data) həcmi və əlaqəlilik səviyyəsi də mühüm göstəricilər hesab olunur.

Banco.az xəbər verir ki, bunu, C4IR-ın İcraçı Direktoru Fariz Cəfərov Dayanıqlılıq  Enerji Transformasiyası mövzusunda Technovation forumunda deyib.

Onun sözlərinə görə, daha çox məlumat və daha güclü rəqəmsal əlaqələrə malik ölkələr qlobal iqtisadiyyatda daha güclü mövqedə olurlar: 

"Süni intellekt yaxın illərdə qlobal iqtisadiyyata 22 trilyon əlavə dəyər qazandıracaq. 2025-ci ildə süni intellekt iqtisadiyyatı artıq 260 milyardlıq bazara çevrilib və sürətlə böyüməyə davam edir.

Buna əsaslanaraq, Azərbaycan son illərdə rəqəmsal iqtisadiyyat strategiyasını hazırlayıb: "Strategiya 2026–2029-cu illəri əhatə edir və yüzlərlə yerli şirkət və KOB subyektinin rəqəmsal transformasiyasını dəstəkləməyi hədəfləyir".

"Bu gün hər kəs süni intellektdən danışır. Lakin əsas məsələ haradan başlamağı bilməkdir. Rəqəmsal transformasiya sadəcə texnologiya tətbiq etmək deyil. Bunun üçün biznes prosesləri dəyişməli, korporativ mədəniyyət yenilənməli, insan resursları inkişaf etdirilməli və uyğun infrastruktur qurulmalıdır", - F. Cəfərov əlavə edib.