Faiz aşağı düşsə də depozit hərracında tələb təklifi dəfələrlə üstələdi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Faiz aşağı düşsə də depozit hərracında tələb təklifi dəfələrlə üstələdi

29.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.

Qeyd edək ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı. beləliklə, hərracda tələb təklifi 7 dəfə üstələyib. 

Xəbər verdiyimiz kimi, 22.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 827,9 milyon manat,hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi.

29 İyul 2018-ci il tarixində keçiriləcək hərrac üçün faiz dərəcəsi əvvəlki hərraclar ilə müqayisədə aşağı salınmışdı (6,26% - 8,24%). Öncəki hərraclarda faiz dərəcəsi 6,51% - 8,49% aralığında elan edilirdi. Səbəb Mərkəzi Bankın uçot dərəcəsini azaltmasıdır. 

Marja